RU
QHT sədri: Prezident kreditlərlə bağlı fərmanla humanizm və ədalətlilik prinsipini nümayiş etdirdi
10:00
300

QHT sədri: Prezident kreditlərlə bağlı fərmanla humanizm və ədalətlilik prinsipini nümayiş etdirdi

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı ictimaiyyət tərəfindən humanist addım kimi qiymətləndirilib.

Bu barədə "İnformasiya Təşəbbüslərində Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə QHT.az-a açıqlamasında bildirib.

Təşkilat rəhbəri bu addımı dövlətin hər zaman vətəndaşının yanında olduğuna əyani sübut kimi dəyərləndirib.

"Əlbəttə ölkə başçısı tərəfindən dəfələrlə, ölkə vətəndaşlarının narahat edən ciddi sosial və iqtisadi problemlərlə bağlı əlavə tədbirlər haqqında qanunvericilik aktları qəbul edilib. Ölkə başçısının bu addımlarını həzm edə bilməyən bəzi qüvvələrin fikirləri kökündən absurddur. 

Zaman –zaman prezident tərəfin buna bənzər addımlar atılıb. Məsələn müxtəlif komunla xidmətlər üzrə vətəndaşların yığılıb qalan borclarının bağışlanması ilə bağlı bir neçə dəfə  verilən tapşırıqları qeyd etmək olar. 

Bundan başqa Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qeyd etmək olar. Bu fərmanla şəhid ailələrinə 11 min manat sığorta pulu verildi. Ötən dövrə diqqət etsək. bu kimi addımlar mütəmadi olaraq atılıb.”

Cəsarət Hüseynzadə bu dəfə ki, fərmanın çox geniş və əhatəli olduğunu qeydə edərək bildirib  ki, fərman özü –özlüyündə 2 əsas prinsipi ehtiva edir:
"Humanizm və ədalətlilik prinsipi. Ölkə başçısı devalvasiya nəticəsində vətəndaşların kredit problemlərinin həlli bağlı atdığı addım humanizm prinsiplərindən əmələ gəlməklə yanaşı, eyni zamanda dövlətin hər zaman vətəndaşının yanında olmasına əyani sübutdur.

Digər məqam isə bu prosesdə ədalətlilik prinsipinin tətbiqidir. Belə ki, cənab prezident hətta yaranmış vəziyyətdə ödəniş edən şəxslərə bu vəsaitləri qaytarmaqla sosial ədalətin təmin olunmasının vacibliyini bəyan etdi. Yəni bu və ya digər formada bu problemləri həll edən ölkə vətəndaşlarına diqqətini və dəstəyini sərgilərdi. Bu faktor da bir daha onu sübut edir ki, bu addımlar geniş araşdırma nəticəsində  formalaşan sosial islahatlar paketinin bir hissəsidir.”

QHT sədri son dövrlər  ölkə başçısı tərəfindən aparılan islahatlara toxunaraq qeyd edib ki, bu sosial islahatlar paketi birbaşa ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ardıcıl sürətdə  aparılır və ölkəmizin  əldə etdiyi əlavə maliyyə imkanlarının vətəndaşların sosial rifahına yönəldilməsinə xidmət edir.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ