Qırğızıstan prezidenti Almazbek Atambayev ürəyində yaranmış problemə görə Nyu-Yorka rəsmi səfərini təxirə salmalı olub.
Bu barədə prezidentin rəsmi saytında məlumat yerləşdirilib.
"Bişkekdən Nyu-Yorka yola düşən Qırğızıstan Respublikasının nümayəndə heyəti İstanbulda Atatürk hava limanında eniş etməli olub. Prezident Almazbek Atambayev özündə halsızlıq hiss etdiyindən ilkin tibbi müayinədən keçib.
Həkimlər prezidentin ürək ağrısından şikayət etdiyini söyləyiblər”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Qırğızıstan nümayəndə heyətinə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 71-ci sammitində Xarici işlər naziri Erlan Abdıldayev rəhbərlik edəcək.
7news.Az








