Tacikistan-Qırğızıstan sərhədində baş verən atışma nəticəsində hər iki tərəfdən yaralananların sayı 17 nəfərə çatıb.
7NEWS.Az "Sputnik Tacikistan”a istinadən xəbər verir ki, İsfara xəstəxanasına 13 yaralı gətirilib, onlardan 11-i hərbçidir.
Qeyd edilib ki, Tacikistan-Qırğızıstan sərhədinə yaxın İsfara-Batken yolunda silahlı insident zamanı Tacikistanın Xoci Alo kənd sakini Obidjon Tuyçiyev aldığı güllə yarasından ölüb.
7NEWS.Az








