RU
Qırğızıstan Tacikistanla sərhəddə yaşayan 60 ailənin təxliyə edildiyini bildirib
21:23
84

Qırğızıstan Tacikistanla sərhəddə yaşayan 60 ailənin təxliyə edildiyini bildirib

Tacikistanla sərhəd zonasından 60 ailə təxliyə edilib.

Bu barədə Qırğızıstanın Batken vilayətinin vilayət administrasiyasının mətbuat xidmətindən "İnterfaks”a bildirilib.

"Ak-Say, Ak-Tatır və Səmərqəndək kimi təhlükəli sərhəd bölgələrində yaşayan insanlar təhlükəsiz zonaya köçürülür. Altmış ailə Batken şəhərindəki 3 saylı orta məktəbə yerləşdirilib", - mətbuat xidmətinin nümayəndəsi deyib.

Onun sözlərinə görə, Qırğızıstanın Kulundu, Maksat, Sada kəndlərinin sakinləri təxliyə edilir.

"Batken şəhərinə təxliyə edilən vətəndaşlar ərzaqla təmin olunub”, - mənbə qeyd edib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ