Qırğızıstanın sərhəd qoşunları Calal-Abad vilayətində Unqar-Too dağı yaxınlığında baş verən hadisə ilə əlaqədar Özbəkistan ilə sərhədlərinin mühafizəsini gücləndirib.
7news.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə Qırğızıstan Dövlət Sərhəd Xidmətinin ictimaiyyət və KİV əlaqələr şöbəsinin nümayəndəsi bildirib.
Qırğızıstanın Dövlət Sərhəd Xidməti bazar ertəsi Ala-Bukinsk sərhəd bölməsinin “Kerben” sərhəd zastavasının ərazisinə helikopterlə Özbəkistan DİN-in 10 yaxın əməkdaşının gətirildiyi barədə məlumat yayıb.
Sərhədçilər Unqar-Too dağı ərazisində sahəyə gətiriliblər.
“Hazırda Unqar-Too yaxınlığına Qırğızıstanın Dövlət Sərhəd Xidmətinin əlavə əməkdaşları cəlb edilib.
Qırğızıstan-Özbəkistan sərhəddində mühafizə gücləndirilmiş rejimdədir. Ümumilikdə sərhədin həmin hissəsində vəziyyət sabitdir”, - Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.
Həmçinin bildirilir ki, Özbəkistan DİN əməkdaşları mübahisəli ərazidədirlər, iki ölkə sərhədçiləri baş verən hadisənin nizmalanması istiqamətində “danışıqlara davam edirlər”.
7news.Az








