7NEWS.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) verdiyi açıqlamada Qırğızıstanın Çinin Sincan-Uyğur Muxtar Bölgəsi ilə sərhəd bölgəsi yaxınlığında yerləşən Qızıl-Su rayonundan 126 kilometr cənub-şərqdə 7 bal gücündə zəlzələnin baş verdiyi bildirilib. Zəlzələ təxminən 28 kilometr dərinlikdə baş verib. Paytaxt Bişkekdə hiss olunan zəlzələ nəticəsində insanlar küçələrə axışsa da, hələlik can və mal itkisi qeydə alınmayıb.
7NEWS.az








