RU
Qırğızıstanda ağır yol qəzasında altı azyaşlı ölüb
10:50
20

Qırğızıstanda ağır yol qəzasında altı azyaşlı ölüb

Qırğızıstanda 4-9 yaş arası altı azyaşlı minik avtomobilinin su hövzəsinə düşməsi nəticəsində ölüb.

7News.Az TASS-a istinadən xəbərinə görə, bu barədə Çuy vilayətinin Daxili İşlər İdarəsindən (Qırğızıstanın Bişkek şəhərində dövlət polisi) məlumat verilib.

Qeyd edilir ki, salonunda 11 sərnişinin, o cümlədən 8 uşağın olduğu minik avtomobili su hövzəsinə düşüb.

Altı azyaşlı avtomobildən çıxa bilməyərək, boğulub.

İlkin məlumata görə, sürücü idarəetməni itirib, bundan sonra avtomobil su anbarına düşüb.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ