Qırğızıstanın Oş vilayətində Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinin əsgəri həlak olub.
7News.Az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə idarə məlumat yayıb.
Bildirilir ki, hadisə ötən gün baş verib. Hərbi qulluqçu ehtiyatsızlıqdan "AK-74” avtomatı ilə özünü güllələyib: "Aidiyyəti orqanlara məlumat verilib, hadisə yerində əməliyyat-istintaq tədbirləri davam etdirilir”.








