Qırğızıstanın paytaxtı Bişkekdə hərbi helikopterin təlim uçuşu zamanı qəzaya uğraması nəticəsində bir nəfər ölüb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
7NEWS.az xəbər verir ki, Qırğızıstan Müdafiə Nazirliyindən verilən açıqlamada nazirliyin poliqonunda təlim uçuşu həyata keçirən Mi-8 tipli hərbi helikopterin eniş zamanı qəzaya uğradığı bildirilib. Qəzada 1 əsgərin öldüyü, 8 nəfərin yaralandığı, yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
7NEWS.az








