Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 37 nəfər yoluxub.
7News.Az xəbər verir ki, bunu brifinq zamanı ölkənin Səhiyyə nazirinin müavini Nurbolot Usenbayev deyib.
Onun sözlərinə görə, ölkədə infeksiyaya yoluxanların ümumi sayı 2 166 nəfərə çatıb.
Nazir müavini qeyd edib ki, ötən sutka ərzində 38 nəfər koronavirusdan sağalıb, sağalananların ümumi sayı 1 668 nəfərdir.
7News.Az








