RU
Qırğızıstanda uşaqlar arasına kütləvi zəhərlənmə
11:50
117

Qırğızıstanda uşaqlar arasına kütləvi zəhərlənmə

Qırğızıstanın Oş vilayətində qırxdan çox uşaq naməlum maddədən zəhərlənib, onlardan 18-i xəstəxanaya yerləşdirilib. Bu barədə ölkənin Səhiyyə Nazirliyindən məlumat verilib.

"Oş vilayətinin Qara-Su rayonunda 43 uşaq tibbi yardım üçün müraciət edib”, - nazirlikdən bildirilib.

Zərərçəkənlərə ilkin zəhərlənmə diaqnozu qoyulub.
Zəhərlənməyə konkret nəyin səbəb olduğu hazırda mütəxəssislər tərəfindən müəyyən edilir. Müvafiq təhlillər aparılır.

Mənbə: TASS

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ