Qırğızıstanda yeni koalisiya hökuməti formalaşıb.
7News.az-ın məlumatına görə, parlamentin səs çoxluğu ilə təsdiq etdiyi yeni koalisiya hökumətinə Sooronbay Jeenbekov başçılıq edəcək. Onun təklif etdiyi yeni hökumətin tərkibi 120 deputatdan 112-sinin dəstəyini qazanıb. Ümumilikdə yeni hökumətdəki aparıcı nazir postlarında dəyişiklik baş verməyib.
Qeyd edək ki, ötən ayın sonunda Qırğızıstan Sosial-Demokrat Partiyası koalisiyadan çıxdığı üçün hökumət səlahiyyətini itirmiş, prezident Almazbek Atambayev yeni hökumətin formalaşdırılması üçün tapşırıq vermişdi.
7News.az







