RU
Qırğızıstanla Tacikistan sərhədində növbəti atışma baş verib, yaralanan var
23:15
994

Qırğızıstanla Tacikistan sərhədində növbəti atışma baş verib, yaralanan var

Qırğızıstan və Tacikistan sərhədçiləri arasında bir gündə ikinci atışma çərşənbə axşamı iki dövlətin sərhədində baş verib.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

"2022-ci il aprelin 12-də dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində silahdan istifadə ilə bağlı təkrar insident baş verib”, - məlumatda deyilir.

Bu dəfə atışma 30 dəqiqəyə yaxın davam edib, nəticədə bir qırğız əsgəri yaralanıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ