RU
12:40
422

"Qırmızı baron" 30 milyonluq villada müalicə olunur - FOTO

Beynəlxalq "Formula-1" avtoçempionatının canlı əfsanəsi, yeddiqat dünya çempionu Mixael Şumaxer ötən ilin sonlarında xanımı Korinnanın 30 milyon dollara satın aldığı villada müalicə olunur.

7News.Az Daily Mail-ə istinadən bildirir ki, superlüks villa İspaniyanın Malyorka kurortunda, Port-d-Antraks adasındadır.

"Qırmızı baron" kimi tanınan 50 yaşlı sabiq pilotun müalicəsi ilə həkimlər komandası məşğul olur.

Mixael Şumaxer 2013-cü ildə Fransız Alplarında xizəklə sürüşəndə başı qayaya dəymiş, ağır xəsarət alaraq komaya düşmüşdü. O, hələ də ağır vəziyyətdədir.

 

Ailəsi onun 50 illiyini yanvar ayında bu villada qeyd edib.

Şumaxerin ailəsi İnstagram-da yazıb: "Lütvən, anlayın, Mixaelin istəyinə uyğun olaraq onun səhhəti ilə bağlı konfidensial məlumatları paylaşmırıq. Bizi anlayın".

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ