Yəməndə fəaliyyət göstərən "Husi” qiyamçı hərəkatı Rusiya prezidenti Vladimir Putinə məktub ünvanlayıb.
7news.Az xəbər verir ki, bu barədə hərəkatın rəsmi informasiya agentliyi "SƏBA” məlumat yayıb. Bildirilir ki, "Husi”lərin Ali Siyası Şurasının sədri Mehdi əl-Məşəd rus liderdən Yəməndəki hərbi münaqişənin həlli üçün yardım istəyib.
Onun sözlərinə görə, ABŞ konfliktin böyüməsində maraqlıdır və qərb ölkələri Yəməndə xaosun miqyasını genişləndirməyə çalışırlar.
7news.Az








