Türkiyənin Marmaris bölgəsində qiyamçı hərbçilər tərəfindən prezident Rəcəb Tayyib Ərdoğanın qaldığı otelə edilən hücumun görüntüləri yayılıb.
Ərdoğanın oteldə olduğunu zənn edən qiyamçılar helikopterdən binanı gülləbaran ediblər.
Hərbçilər daha sonra helikopterdən enərək oteli mühasirəyə alıblar.
Qeyd edək ki,Türkiyə prezidenti bu gün səhər saatlarında mətbuata verdiyi açıqlamada qaldığı otelin bombalandığını bildirmişdi.
“Mən Maramarisdəydim. Biz oranı tərk edən kimi qaldığım oteli bombaladılar. Orda olacağımızı təxmin etdilər. Bura gəldik. İzləyə bilmədilər”.
Prezidentin sözlərinə görə, 4 hərbi helikopter otelin üstünə eniş edib, təxminən 40-a yaxın əsgər helikopterlərdən enib.
7news.Az








