RU
Qiyamçılar Yunanıstana
14:49
1016

Qiyamçılar Yunanıstana

Türkiyəyə məxsus hərbi helikopter Yunanıstanın Aleksandropolis şəhərində yerə enib.

7News.Az-ın Türkiyənin “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, helikopterdə 7 hərbçi və 1 mülki şəxs olub. 

Onların hərbi çevriliş cəhdində iştirak etmiş şəxslər olduqları güman edilir. 

Dünya KİV-lərində qiyamçıların Yunanıstandan siyasi sığınacaq istədikləri barədə xəbərlər yayılıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu məsələyə münasibət bildirib.

"Helikopterlə Yunanistana qaçan 8 xain əsgərin dərhal təslim edilməsini istədik", - deyə Çavuşoğlu, öz "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, bu gecə Türkiyədə hərbçilər tərəfindən dövlət çevrilişinə cəhd olunub.
Hadisə nəticəsində 90 nəfər ölüb, 1154 nəfər yaralanıb. Türkiyədə qiyamda iştirak edən 1563 hərbçi həbs edilib. Bundan əlavə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının binasını boşaldan 200-dək qiyamçı polisə təslim olub. Həbs edilənlər arasında 5 general və 29 polkovnikin olduğu qeyd edilib.

Məlum hadisədən sonra bütün dünyanın diqqəti Türkiyəyə yönəlib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ