Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdi zamanı ağır yaralanan azərbaycanlı xüsusi təyinatlı polis zabiti dünyasını dəyişib.
7News.az istinadən bildirir ki, Bülent Yurtseven adlı həmin zabit milliyətcə azərbaycnlıdır, əslən azərbaycanlıların sıx yaşadığı İğdır bölgəsindəndir. O, Fətullah Gülən şəbəkəsinə bağlı hərbçilərin iyulun 15-də Ankara Gölbaşı Xüsusi Təyinatlı Polis İdarəsinə F-16 təyyarəsindən endirdikləri bomba zərbələri nəticəsində ağır yaralanıb, hər iki ayağını itirib. Həmin bomba zərbələri nəticəsində 50-dən çox xüsusi təyinatlı polis həlak olmuşdu./virtualaz
7News.az

Bildirilir ki, İğdırın Küllük kəndində qeydiyyatda olan xüsusi təyinatlı polis komissarı Bülent Yurtseven aldığı ağır yaralardan bir gün əvvəl vəfat edib. Onun cənazəsi Ankarada xüsusi mərasimlə dəfn edilib.
"Şəhid Bülent Yurtseven bir Azərbaycan türküydü. Yəni hər fürsətdə təhqir olunan, dışlanan, özgələşdirilən şiələr var ha, onlardan biriydi. Cənazəsi bu üzdən əvvəlcə Ankara Keçiörən Allahu Əkbər məscidinə aparıldı və cənazə namazı öz adətinə görə qılındı. Cənazə namazı qılındıqdan sonra protokola uyğun olaraq Ankara Kocatape məscidinə aparılan cənazə oradan duaların müşayiəti ilə Cebeci şəhidliyinə aparılaraq dəfn edildi", - sayt yazır.
7News.az










