Dünya bazarında neftin qiyməti yenidən artmağa başlayıb.
7news.az TASS Agentliyinə istinadən xəbər verir ki, Brent markalı neftin bir barrelinin qiyməti London birjasında 2,5 faiz artıb. Bu neftin bir barreli indi 50,01 dollardan satılır.
Nyu-York birjasında isə WTI markalı neftin qiyməti qalxıb. Belə ki, qiymət 4,16% artıb. Hazırda WTI-nin bir barreli 48,06 dollarda qərarlaşıb.
Qeyd edək ki, son bir neçə gündə neftin qiyməti 50 dollardan da aşağı düşərək, 47-49 dollar arasında dəyişirdi.
7news.az








