Türkiyənin Radio və Televiziya şurası (RTÜK) Fox TV kanalında yayımlanan "Kadın" (Qadın) serialını cərimələyib.
7News.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb ssenaridə əxlaqsızlığın təbliğ edilməsi olub.
Belə ki, ekran işində baldız obrazını canlandıran qadın bacısına donor olmaq müqabilində onun əri ilə intim şəkillər çəkdirmək istəyib və bundan da şantaj etmək üçün istifadə etməyi planlayıb.
Serialdakı bu səhnə milli və mənəvi dəyərlərə, əxlaqa zidd hesab edilib və cərimələnib.
Bundan başqa "Hayatta her şey var" verilişinin də əxlaqsızlığı təbliğ etdiyinə görə cərimələnməsi barədə qərar verilib.
7News.Az











