RU
Qız bacısının qəşəngliyini qısqanıb, qulaqlarını kəsdi - FOTO
18:00
334

Qız bacısının qəşəngliyini qısqanıb, qulaqlarını kəsdi - FOTO

Bacısını qısqanan qadın ona ağlasığmaz işgəncə verərək öldürüb.

7News.Az xarici mətbuata istinadla xəbər verir ki, Sankt-Peterburqda yaşayan 17 yaşlı qız bacısı tərəfindən bıçaqlanaraq öldürülüb.

Elizaveta Dubrovina adlı qadın 17 yaşlı bacısı Stefaniaya 189 bıçaq zərbəsi vurub öldürdükdən sonra cəsədin gözlərini oyaraq çıxardıb, qulaqlarını kəsib.

Hadisədən sonra saxlanılan Elizaveta 25 il müddətinə azadlıqdan məhrum edilib. O, bundan əlavə, 3 il psixoloji müalicə alacaq.

 

Qadın ifadəsində cinayəti etiraf etməsə də, araşdırmalar nəticəsində onun qatil olduğu təsdiqlənib. Belə ki, o, bacısının 44 yaşlı sevgilisi Aleksey Fateevi cinayətdə ittiham edib. Lakin Alekseyin günahsız olduğu aşkarlanıb.

"Komsomolskaya Pravda" yazır ki, Elizaveta bacısını gözəlliyini qısqandığı üçün qətlə yetirib.

 

 

7News.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ