RU
Qız internetdə tanış olduğu oğlanı soydu, 52 min manat... - Avtomobilini satdırdı / FOTO
15:00
465

Qız internetdə tanış olduğu oğlanı soydu, 52 min manat... - Avtomobilini satdırdı / FOTO

İnternetdə tanış olduğu qız pullarını mənimsəyib.

Hadisə Türkiyənin Qaziantep şəhərində baş verib. İctimai bir qurumda çalışan 25 yaşlı M.K. adlı şəxs internetdə 23 yaşlı Özləm adlı xanımla tanış olub. Hadisələr də bundan sonra cərəyan etməyə başlayıb.

Sosial mediada yaxşı anlaşdıqları üçün daha sonra telefonla əlaqə yaradan cütlük evlilik qərarı qəbul edib. Bir-birlərini görməmələri onların bu qərarına təsir etməyib. Daha sonra Özləm sevgilisindən ad günü üçün telefon istəyib. Oğlan qıza poçt vasitəsilə pul göndərib. Pulu xərclədiyini bildirən gənc qız yenidən oğlandan pul tələb edib. Oğlanın güvənindən istifadə edən Özləm onun 52 min manatını mənimsəyib.

Qıza pul vermək üçün avtomoblini satan oğlan adadıldığının fərqinə varıb və polisə müraciət edib. Polisin araşdırması zamanı məlum olub ki, Özləm bir neçə nəfəri də bu üsulla aldadıb.

Hazırda məsələ ilə bağlı araşdırma başlanılıb./metbuat

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ