Keçmiş sevgilisinə işgəncə verən qız polis tərəfindən saxlanılıb.
7News.Az xarici mətbuata istinadla xəbər verir ki, yeni sevgilisi ilə birləşərək köhnə sevgilisinə ağılasığmaz işgəncələr verən qız tutulub.
Kathleen Phelan adlı qız keçmiş sevgilisini 6 saat boyunca döyüb, it qabında çirkab suyu içirdib və ona qarşı başqa alçaldıcı hərəkətlər edib.
Təzyiqlərə məruz qalan oğlanın adı Butcher-dir və onun 19 yaşı var. O, onların əlindən xilas olduqdan sonra polisə müraciət edib.
Araşdırmalardan sonra Phelan, onun yeni sevgilisi George Russell-Brookes və yaxın dostu Christopher Emery həsb olunub.
Hadisə İngiltərənin Koventri şəhərində baş verib.
7News.Az fotoları təqdim edir:


7News.Az








