RU
Qız oğlan bildi - görün nə oldu?
15:30
948

Qız oğlan bildi - görün nə oldu?

Türkiyə Bağcılarda Serpil Karahasan kişi fotolarından istifadə edərək "Facebook"da "Kaan Yıldız" adı ilə saxta profil açıb.

Bu hesabı görüb profildəki şəkildən təsirlənən Şükran Ö. dostluq istəyi göndərib və mobil telefon nömrəsini mesaj atıb.
Bir müddət sonra Şükran Ö.-nün telefonuna cavabsız zəng gəlib. Şükran Ö. həmin nömrərə zəng etdikdə özünü Kaan Yıldızın bacısı olaraq tanıdıb, qardaşının danışmaq üçün uyğun olmadığını deyib. Daha sonra "Watsapp"dan danışmağa başlayıblar.

 

Təxminən 4 il sürən qarşılıqlı mesajlaşmada Serpil Karahasan "Facebook" profili Kaan Yıldıza aşiq etdiyi Şükran Ö-dən müxtəlif bəhanələrlə fərqli zamanlarda pul, telefon və geyim istəyib. Evlilik xəyalları quran Şükran Ö. çox güvəndiyi Kaan Yıldıza istədiklərini göndərib. Daha sonra o, 300 min tl pul istəyib. Şükran Ö. də bu qədər pulu olmadığını dedikdə ayrılmaqla və ona göndərdiyi yarıçılpaq fotoları "Facebook"da yaymaqla hədələyib. Bundan sonra Şükran Ö aldadıldığını başa düşüb və polisə şikayət edib. Polislə işbirliyi edərək 300 min lirəni verəcəyini deyib və görüş təşkil edib. Polis tərəfindən tutalan Serpil Karahasan şantaj və dolandırıcılıq ilə mühakimə olunub. Şükran Ö-nün peşman olması səbəbi ilə həbs cəzası pul cəzasına çevrilib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ