7News.Az-ın "Daily Mail"a istinadən verdiyi xəbərə görə, bu barədə Pia öz Facebook səhifəsində yazıb.

Atı xəstə olduğu üçün 2018-ci ildə kəsməli olduqlarını deyən qız onun həmin vaxtdan soyuducuda saxlanıldığını və bu yaxınlarda manqo və çili sousuyla yediyini bildirib.

Oldenin bu postu sosial şəbəkələrdə narazılığa səbəb olub. Qıza qarğış yağdıranlarla yanaşı, heyvan sahibi olmaq qadağasını qoymağını tələb edənlər də olub.

At həvəskarlarının fikrincə, öz atını yemək ailə üzvünü yeməyə bərabərdir. Lakin Pia hesab edir ki, torpaq altında əti qurdların yeməsi daha yaxşı olmazdı.
Xatırladaq ki, 2014-cü ildə Novosibirsk vilayətində bir nəfər Orlik ləqəbli atını məhkəməyə verməmək üçün yemişdi. Heyvanın məhv edilməsi qeyri-qanuni hesab edilmişdi.
7News.Az








