RU
Qız üstündə mübahisə qanla bitdi - Ölən və yaralananlar var
13:30
639

Qız üstündə mübahisə qanla bitdi - Ölən və yaralananlar var

Türkiyədə iki ailə arasında mübahisə qanla bitib.

Hadisə Aydın vilayətində baş verib.

Məlumata görə, Ergezen və Duran ailələri arasında qız alıb-vermə səbəbindən mübahisə yaranıb. Nəticədə tərəflər arasında silahlı qarşıdurma olub. İnsident zaman 1 nəfər ölüb, daha 7 nəfər isə yaralanıb. Xəsarət alanlardan biri uşaqdır.

Polis hadisə yerində 500-ə qədər tapança və ov tüfəngi gilizi tapıldığını bildirib. Yaralıların yerləşdirildiyi xəstəxanada və hadisə yerində təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo

 

 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ