Məlum olduğu kimi, dünya miqyasında koronavirusun müxtəlif mutasiyaları, o cümlədən Delta ştammı sürətlə yayılmaqdadır. Azərbaycanda da virusun Delta ştammına yoluxanlar var.
Maraqlıdır, Delta ştammının əvvəlki növə xas olmayan hansı xüsusiyyətləri var? Yəni insanlar hansı simptomları hiss etdikdə test verməli, həkimə müraciət etməlidirlər?
Mövzu ilə bağlı Sfera.az-a danışan daxili xəstəliklər uzmanı Həbib Sahratov Delta ştammının ilkin əlamətinin boğaz ağrısı olduğunu deyib:
Həkimin sözlərinə görə Delta ştammı yaşlılarda özünü fərqli şəkildə göstərir: "Yaşlı insanlar yoluxarkən daha çox halsızlıq və iştahasızlıq simptomları ilə bizə müraciət edirlər. 60 yaşdan yuxarı insanlarda Delta ştammı məhz bu xüsusiyyətlə özünü biruzə verir. Bu ilkin əlamətlərdən sonra isə nəfəs darlığı olur.








