Hacıqabulda bir müddət əvvəl qızı tərəfindən döyülən 52 yaşlı qadın olub.
7News.az bildirir ki, Hacıqabul rayonu Meyniman kənd sakini, 1964-cü il təvəllüdlü Təranə Ağasəlim qızı Babayeva bir müddət əvvəl 17 yaşlı qızı Ağacanlı Səadət Səxavət qızı tərəfindən döyülərək ağır xəsarətlər alıb. Ötən gecə isə qadın qardaşının evində dünyasını dəyişib.
Hazırda meyit müayinə edilmək üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzinə yerləşdirilib.
Mərhumun qardaşı Günəş Həsənov iddia edir ki, bacısının ölümünə səbəb döyülmə hadisəsidir. Ailənin digər üzvləri isə qadının xəstəlikdən öldüyünü qeyd edirlər.
Faktla bağlı Hacıqabul rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
7News.az







