"Yuventus"un futbolçusu Pol Poqba "Qızıl top" mükafatına namizədinin adının açıqlayıb.
7News.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, bu mükafata "Real"ın futbolçusu Kriştiano Ronaldonu layiq bilib:
"Messi və Ronaldonu bəyənirəm. Qrizmannı da qeyd etmək istərdim. O, möhtəşəm mövsüm keçirdi. Ancaq məncə, "Qızıl top" Ronaldoya verilməlidir. Çünki o, Avropa çempionatının və Çempionlar Liqasının qalibi olub".








