RU
12:29
2386

"Qızıl WhatsApp” virus yayır

Məşhur mesajlaşma proqramı olan “WhatsApp”da təhlükə var.

7News.Az xarici mediaya istinadən bildirir ki, bir neçə gündür “WhatsApp” öz istifadəçilərinə yükləməsi üçün “Qızıl WhatsApp” (Gold WhatsApp) tədbiqinin linkini göndərir.

Mesajda yalnız məşhurların istifadə etdiyi tədbiqi hər kəsin istifadə edə biləcəyi qeyd olunur. Bu linkə daxil olduqda, həmin veb səhifə telefonunuzda və kompüterinizdə zərəli proqramlar yerləşdirir və fərdi məlumatlarınızı ələ keçirir. 

Əgər sizə də belə bir mesaj göndərilibsə, mesajın gəldiyi nömrəni əngəllədikdən sonra onu silin.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ