RU
Qızıl Xaç işçiləri Donetsk hücumunda həlak olublar
17:30
75

Qızıl Xaç işçiləri Donetsk hücumunda həlak olublar


7NEWS.az xəbər verir ki,Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Ukraynanın şərqindəki Donetsk vilayətində törədilən hücumda 3 əməkdaşının həlak olduğunu, ikisinin isə yaralandığını açıqlayıb.
Bombanın yardım paylama sahəsinə dəydiyini bildirən Qırmızı Xaç Komitəsi hücumu "vicdansızlıq" adlandırıb, lakin hücumun arxasında kimin olduğunu açıqlamayıb.
Qızıl Xaç Komitəsi Donetsk şəhərinin şimalında yerləşən Virolyubivka kəndində odun və kömür paylamağa hazırlaşdıqlarını bildirib.
Qırmızı Xaç Komitəsi bəyan edib ki, onlar mütəmadi olaraq Donetskin cəbhə bölgəsində fəaliyyət göstərirlər və onların maşınları aydın şəkildə işarələnib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ