RU
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
19:40
407

Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı "Kiçik körfəz” adlanan ərazidə ov edən şəxs saxlanılıb.

 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerin Lənkəran şəhər sakini Hakim Əliyev olduğu məlum olub. 

"Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb”, - deyə o bildirib.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ