RU
Qızılın qiyməti tarixdə ilk dəfə 4 000 dollar səviyyəsini keçdi
11:20
85

Qızılın qiyməti tarixdə ilk dəfə 4 000 dollar səviyyəsini keçdi

Nyu-York Əmtəə Birjasında qızılın qiyməti tarixi maksimuma çataraq, tarixdə ilk dəfə bir Trua unsiyası üçün 4 000 dollar səviyyəsini keçib.

7News.Az bu barədə "Comex" ticarət platformasının məlumatlarına istinadən xəbər verir.

Səhər ticarət sessiyası zamanı qiymətli metalın dəyəri bir unsiya üçün 4 000.1 dollara çatıb. Bu zaman kotirovkaların artımı 0.35% təşkil edib. Lakin oktyabrın 7-si Bakı vaxtı ilə 04:54-də qiymət bir unsiya üçün 3 987.4 dollar səviyyəsinədək enib.

Əvvəlki tarixi maksimum oktyabrın 6-da qeydə alınmışdı. Həmin gün qızılın dəyəri bir Trua unsiyası üçün 3 949 dolları ötmüşdü.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ