Türkiyənin Adana şəhərində maraqlı hadisə baş verib.
Çarşab geyinən oğlanın terrorçu olduğundan şübhələnən polis onu nəzarətə götürüb. Məlum olub ki, əslində məsələnin mahiyyəti tamam başqadır. Gənci belə addım atmağa qaynatasının qoyduğu qadağa vadar edib. Şübhəli ifadəsində bildirib:
"Bir müddət əvvəl B.K adlı qızla nişanlandım. Amma qızın atası evlənmədən əvvəl bizim görüşməyimizə icazə vermirdi. Nişanlım gözəllik salonunda işləyir. Ora kişilərin girməsi qadağandır. Bu üzdən qadın roluna girib, salona daxil olmağa qərar verdim. Nəticədə nişanlımla görüşdüm.Terrorçularla heç bir əlaqəm yoxdur”.
Qızın ifadəsi də alındıqdan sonra gəncin sərbəst buraxılacağı gözlənilir.
7News.az







