RU
Qızğın silahlanma yarışı başlayır – QORXUNC XƏBƏRDARLIQ
18:58
401

Qızğın silahlanma yarışı başlayır – QORXUNC XƏBƏRDARLIQ

Şimali Atlantika İttifaqının (NATO) hərbi xərclərini artırması qızğın silahlanmaya gətirib çıxaracaq.

7News.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, belə xəbərdarlıqla Moskva Dövlət Universitetinin dünya siyasəti fakultəsinin dosenti Aleksey Fenenko çıxış edib.

Daha əvvəl "Financial Times” nəşri "Jane"s Defence Budget”ə istinadən bildirib ki, Rusiya bu il müdafiəyə 48,5 milyard dollar xərcləyərək 1990-cı illərdən bu yana ilk dəfə ilk beşliyə düşməyib. Bu siyahıda birinci yerdə 622 milyard dollarla ABŞ dayanır.

Məruzəyə əsasən, son altı il ərzində ilk dəfə Qərbi Avropa ölkələrində müdafiə xərcləri artıb.

Ümumilikdə, NATO hərbi blokunun xərcləri 2010-cu ildən bu yana ilk dəfə artıb. Məruzəyə əsasən, bu, İŞİD terror təşkilatı tərəfindən artan təhlükə ilə bağlıdır.

 
7News.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ