Türkiyədə ata qızını qətlə yetirib.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankarada baş verən qətlin səbəbi ölkədə gündəmə çevrilib.
Harun Yıldız adlı şəxs qızı Şeymanın sevgilisinin olduğunu öyrənib. Ata ilə qızı arasında mübahisə başlayıb. Nəticədə ata tapançası ilə atəş açaraq qızını öldürüb.
Harun Yıldız hadisədən sonra polisə təslim olub. O, qızının sevgilisinin olduğunu öyrəndikdən sonra öldürdüyünü etiraf edib.

7News.Az








