RU
Qızının geyimini bəyənməyən ata çarşablı killer tutdu - Güllələtdi... FOTO
21:10
776

Qızının geyimini bəyənməyən ata çarşablı killer tutdu - Güllələtdi... FOTO

Türkiyənin Konya şəhərində qızının geyimini bəyənməyən ata "killer”tutub.

Anası ilə birgə kafedə işləyən qız odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

Polisin apardığı araşdırmalarla məlum olub ki, 14 yaşlı yeniyetməyə atəş açan şəxs çarşablı qadın olub. O, yeniyetmə qızın atasının sifarişi əsasında belə bir əməl törətdiyini deyib.
Polis Ali Erensoyun (51 yaş) evinə basqın edərək onu yaxalayıb. Ata qızının geyimindən narahat olduğunu və keçmiş həyat yoldaşına gözdağı vermək üçün bu yola əl atdığını deyib.

A.Erensoyun daha əvvəl də bu məqsədlə qızını qaçırdaraq ona işgəncə verdiyi üzə çıxıb.

Yeniyetməyə atəş açan qadının məsciddə üzərinə çarşap geyindiyi məlum olub. Ayşenur B. hadisə yerindən qaçarkən polisə müqavimət göstərib, başqa bir vətəndaşı isə yaralayıb. O deyib ki, qızın atası kafenin fotolarını çəkib, ana və qızın iş yerinin açılış və bağlanma vaxtları barədə ona məlumat verib.

Qeydiyyata alınmış 15 cinayəti olan "killer” və 36 fərqli cinayət törətmiş ata barəsində "qəsdən yaralama” və "vəzifəsini yerinə yetirən məmura müqavimət” maddələri ilə ittiham qaldırılıb.
Ata həbs edilsə də, sifarişlə yeniyetməni vuran qadın şərti azadlığa buraxılıb.
Yaralanan digər vətəndaşın vəziyyətinin yaxşı olduğu bildirilir./olke

 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ