RU
Qlobal Bakı Forumunun proqramı: Əliyev və Ərdoğan çıxış edəcək
13:05
843

Qlobal Bakı Forumunun proqramı: Əliyev və Ərdoğan çıxış edəcək

25-27 aprel tarixlərində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı Azərbaycan hökuməti ilə birgə “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında Bakıda 7-ci Qlobal Forum keçirəcək.

Forumda 1500-dən artıq dövlət və qeyri-hökumət rəsmisi müasir multikultural cəmiyyətlərdə inklüziv həyat yolunda inkişafın və hədəflərin həll olunması ilə bağlı müxtəlif fikir və qərarları müzakirə edəcək.

Forum çərçivəsində 2 plenar və 16 bölmə iclası keçiriləcək. İclaslarda ekspertlər inklüziv cəmiyyətlərə mane olan mövcud problemlər, ekstremizm və marginalizasiyanın qarşısının alınmasına dair mövzuları müzakirə ediləcək. Forum regional liderlər, qadınlar, idman növləri, gənc və təhsil mövzuları da daxil olmaqla, inklüziv cəmiyyətlərin yaradılması ilə bağlı müzakirə və fikir mübadiləsinin aparılmasına yardım edəcək.

Forumda, həmçinin ümumiləşmə və nifrətin aradan qaldırılması əks təsiri yolu ilə sosial inteqrasiyanın artımında KİV-in məsuliyyəti və imkanları müzakirə olunacaq.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ