RU
Qobustan sakini həmkəndlisini güllələyib
14:20
130

Qobustan sakini həmkəndlisini güllələyib

Qobustan sakini həmkəndlisini güllələyib.

Bu barədə 7News.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 21-də Qobustan rayonunun Xilmilli kəndi ərazisində kənd sakini İ.Yusibov sərxoş vəziyyətdə xuliqanlıq zəminində həmkəndlisi S.Qardaşəliyevin istiqamətində ov tüfəngindən atəş açaraq ona yüngül xəsarət yetirib.

Qobustan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İ.Yusibov saxlanılıb, ondan müvafiq sənədləri olan "Churchill” markalı ov tüfəngi götürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ