7News.Az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə sentyabrın 28-də Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində baş verib.
Belə ki, Qobustan rayon sakini Əmirağa Səmiyevi ildırım vurub və o hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.








