DİN məlumat yaydı.
Qobustanda ölümlə nəticələnən yol qəzası baş verib.
DİN-dən verilən məlumata görə, aprelin 8-də saat 19 radələrində Qobustan şəhərində rayon sakini Elnur Qədimovun idarə etdiyi “VAZ-21214” və Şəki rayon sakini Çingiz Yusifovun idarə etdiyi “Ford” markalı (mikroavtobus) avtomobillər toqquşub.
Nəticədə E.Qədimov və sərnişinlərindən - azyaşlı oğlu Rahid hadisə yerində ölüb, 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır./oxu.az
7News.Az








