RU
Qobustanda elektrik stansiyasındakı güclü yanğın olub - FOTO
13:10
26

Qobustanda elektrik stansiyasındakı güclü yanğın olub - FOTO

Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən elektrik stansiyası ərazisində güclü yanğın baş verib.

7News.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində stansiya ərazisində yerləşən transformator alovlara bürünüb.

Hadisə yerinə dərhal çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunublar.

Yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ