RU
Qobustanda faciə: bir ailənin 6 üzvü xəstəxanaya yerləşdirildi
14:50
217

Qobustanda faciə: bir ailənin 6 üzvü xəstəxanaya yerləşdirildi

Qobustan rayonunda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.

7News.Az APA-ya istinadən bildirir ki, hadisə ötən gecə Qobustan şəhərinin Tofiq İsmayılov küçəsindəki 66 nömrəli mənzildə qeydə alınıb.

Rayon sakinləri - 2003-cü il təvəllüdlü Rəhimli Zərifə İlham qızı, 2007-ci il təvəllüdlü Rəhimli Elçin İlham oğlu, 2015-ci il təvəllüdlü Rəhimli Elnur İlham oğlu, 1982-ci il təvəllüdlü Rəhimova Rəna Əli qızı, 1954-cü il təvəllüdlü Rəhimova Qənifə Ağaşiraz qızı və 1944-cü il təvəllüdlü Əkbərova Zivər Ağaşiraz qızı kustar üsulla quraşdırılan qızdırıcının nasazlığı səbəbindən mənzilə dolan dəm qazından zəhərləniblər.

Ailə üzvləri Qobustan Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ