RU
Qobustanda ölümlə nəticələnən yol qəzası baş verib
15:19
424

Qobustanda ölümlə nəticələnən yol qəzası baş verib

Qobustan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
7News.Az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə sentyabrın 15-də saat 22 radələrində qeydə alınıb. 
Belə ki, Sumqayıt şəhər sakini Səfa Bəkirov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili yol ayırıcısına çırpıb. Nəticədə avtomobilin sürücüsü S.Bəkirov hadisə yerində ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ