RU
Qobustanda qəza: Üç nəfər ölüb
09:36
562

Qobustanda qəza: Üç nəfər ölüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Ələt magistral avtomobil yolunun 48-ci kilometrliyində, Qaradağ rayonu Qobustan qəsəbəsində "Opel” markalı minik avtomobilinin dayanmış vəziyyətdə olan "Shacman” markalı yük avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

7News.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Ölənlərdən biri kişi, biri qadın, biri isə uşaqdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ