RU
Qohumlar ağır qəzaya düşdülər: üçü öldü, ikisi yaralandı
14:37
2200

Qohumlar ağır qəzaya düşdülər: üçü öldü, ikisi yaralandı

Bakı-Şamaxı yolunda baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.

Magistral yolun 95-ci kilometrliyində, Qobustan rayonu ərazisində BMW və "KamAZ" markalı avtomobillərin toqquşması nəticəsində ölən və xəsarət alan şəxslər yaxın qohumdurlar.

İlkin məlumata görə, hadisə zamanı Balakən rayon sakini, sürücü 1983-cü il təvəllüdlü Quliyev Hacı Cahangir oğlunun idarə etdiyi avtomobildə olan Həsənov Müşfiq Mehman oğlu, sürücünün xalaları - Rzayeva Sevil Abbas qızı, Rzayeva Asimə Abbas qızı hadisə yerində ölüblər. Sürücünü özü və bacısı, 1985-ci il təvəllüdlü Quliyeva Ülkər Cahangir qızı isə ağır bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib./APA

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ