RU
Qohumlar arasında silahlı insident: 4 nəfər öldü
21:50
776

Qohumlar arasında silahlı insident: 4 nəfər öldü

Türkiyənin Trabzon şəhərində qohumlar arasında mübahisə faciəvi sonluqla nəticələnib.

Ölkə.Az "Hürriyet”ə istinadla xəbər verir ki, şəhərin Hayrat mahalında ədavəti olan qohumlar arasında 8 il əvvəl baş verən hadisəyə görə mübahisə düşüb.

Hadisə zamanı Bektaş ailəsinə məxsus iki qruplaşma əvvəlcə əlbəyaxa dalaşıb. Tərəflər daha sonra bir-birinə qarşı odlu silahdan istifadə edib. 

Hadisə nəticəsində Kamal, Faiq, Murad və Lütfi Bektaş həlak olublar.

Əraziyə xeyli sayda təcili tibbi yardım maşınları cəlb edilib.

Polis hadisə yerindən qaçan Abdi və İsak Bektaşların axtarışlarına başlayıb.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ