Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı rayon sakini Şahlar Mürşüdovun (1985-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
7news.az xəbər verir ki, bu il avqustun 10-da Şamaxı şəhərində Şahlar Mürşüdov evində şəxsi münasibətlərin münaqişəsi zəmnində zəminində
qohumu, Ağsu rayon sakini İlkin Novruzova (1978-ci il təv.) bıçaqla xəsarət yetirib və onu köməksiz vəziyyətdə qoyaraq, hadisə yerindən qaçıb. Daha sonra, o “Mercedes” markalı avtomobilə əyləşib və Bakıya yollanıb, amma Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonu ərazisindəki postda saxlanılıb və Şamaxı RPŞ-nin əməkdaşlarına təhvil verilib. Mərkəzi rayon xəstəxasına yerləşdirilən İlkin Novruzov kəskin qanitirmədən dünyasını dəyişib. Həmin tarixdə rayon prokurorluğunda cinayət işi başlanıb və tutulan şəxs barəsində həbs-qəti imkan tədbiri seçilib.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəməni tərkibi elan edilib.
İş üzrə məhkəmə baxışı dekabrın 24-nə təyin olunub.











