RU
Qohumunun evinə elektrik çəkmək istəyərkən öldü
14:20
384

Qohumunun evinə elektrik çəkmək istəyərkən öldü

İyulun 20-də saat 20 radələrində Qəbələ rayonu, Yenikənd kənd sakini Cəlil Qismətovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. 

Qəbələ Rayon Prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla 1985-ci il təvəllüdlü Cəlil Qismətovun qohumunun evində elektrik xəttini cərəyana qoşmaq istəyərkən elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ