RU
“Qondarma paradlarla Sarkisyan hakimiyyətini uzatmağa çalışır” - Arzu Nağıyev
17:06
994

“Qondarma paradlarla Sarkisyan hakimiyyətini uzatmağa çalışır” - Arzu Nağıyev

7News.az erməni KİV-nə istinadən xəbər verir ki, bir neçə gün öncə Talış kəndində düşmən ordusu parad keçirib.

Erməni mətbuatının yaydığı məlumata görə guya Talış kəndində aprel hadisələrində məhv edilmiş Sisianlı quldurlara abidə açılışı zamanı təntənəli mərasim keçirilib. Son günlər isə cəbhə xəttində düşmən ordusu intensiv olaraq təxribatlar törətməkdədir.

Məsələyə münasibət bildirən politoloq Arzu Nağıyev erməni tərəfinin təxribatlarının danışıqlardan yayınmaq cəhdi kimi qiymətləndirib: "Bu intensivlik onunla izah olunur ki, erməni tərəfi heç bir halda Azərbaycanla danışığa gəlmək istəmir. Hətta regiona səfər edən ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşündə də hiss olunurdu ki, onlarla birbaşa danışan ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popovdur. O nə Amerika, nə Rusiya tərəfi deyil. Və bir növ bundan qürurlanaraq guya ki, ABŞ-da seçkilər olacaq, yalnız bundan sonra qarşı tərəflə razılıq üçün müəyyən addımlar atılacaq. Ancaq bütün bunlar sadəcə görüntü ilə nəticələndi. ATƏT-in Minsk Qrupu da boş bəyanat verərək bildirdi ki növbəti görüş üçün vaxt lazımdı. Hətta Azərbaycan Prezidentinin muxtariyyətlə bağlı verdiyi bəyanat da bunlara mesaj kimi göndərildi. Onlar isə cavab verdilər ki, biz müstəqillik istəyirik. Sadəcə olaraq Sarkisyan öz hakimiyyətini uzaltmağa çalışır və Dağlıq Qarabağ ərazisində separatçıların qondarma paradlarının nümayişlərini keçirməklə guya ki, Azərbaycan tərəfi ilə razılaşmadığını biruzə verirlər

 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ